Fransa Rusiya tankerini Marselə göndərdi

Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan Rusiya tankeri Marsel-Fos limanına göndərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiyadan gələn və beynəlxalq sanksiyalara məruz qalan neft tankerinin ələ keçirildiyini bəyan edib.

Gununsesi.info