Gəncədə “Dini radikalizmi meydana gətirən səbəblər” mövzusunda tədbir keçirilib

  • By admin
  • 16 Fevral 2024 14:37

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə “Dini radikalizmi meydana gətirən səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən danışılıb. Müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri geniş izah olunub.

Gununsesi.info