Gəncədə Nizami prospektində anidən yanğın baş verdi

  • Müəllif: Günel
  • 15 May 2025 21:51

Gəncədə yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində  qeydə alınıb.

Həmin prospektdə yerləşən misgərlik emalatxanasında anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı emalatxananın 30 kv/metri yanıb. Yanğın söndürülüb digər ərazilərə keçməsinin qarşısı alınıb.

Gununsesi.info