Gəncənin icra başçısı və deputatı Cavad Xanın məzarında - FOTOLAR

  • By admin
  • 04 Yanvar 2021 20:46

Bu gün Gəncədə 1804-cü ildə Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb.

Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Gununsesi.info.xəbər verir ki, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhərdən deputat seçilən Naqif Həmzəyev mərasimdə nitq söyləyib. Onlar Cavad Xanın qəhrəmanlıqlarından söz açaraq, bildiriblər ki, bu gün də belə qəhrəmanlarımız doğulur, yaşayır.

Günay

Gununsesi.info