Gömrük Komitəsinin 100-ə yaxın əməkdaşı təqaüdə göndərildi

  • By admin
  • 05 Sentyabr 2022 11:38

Dövlət Gömrük Komitəsində 100-ə yaxın əməkdaş təqaüdə buraxılıb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən komitədən verilən məlumatda bildirilir.

Məlumata görə, təqaüd yaşına çatmış əməkdaşlar rəhbərliyə müraciət edərək fəaliyyətlərinə xitam verilməsini istəyiblər.

Qeyd edək ki, həmin şəxslərin əksəriyyəti təqaüd yaşına çoxdan çatsa da komitə sədrinin əmri ilə hər il xidmətdə qalıblar.
Görünür, kütləvi şəkildə təqaüdə göndərilənlər yeni rəhbərliyin iradəsi ilə bu ərizəni yazıb.

Gununsesi.info