Günəşdə partlayış baş verib

Günəşdə M sinfinə aid partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutunun nümayəndələri məlumat yayıblar.

“Oktyabrın 13-də Bakı vaxtı ilə saat 9:26-da rentgen diapazonunda 4246 (N24W16) ləkələr qrupunda 45 dəqiqə davam edən M1.9 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

 

Gununsesi.info