Bu gün səhər saatlarında Günəşdə X2.5 bal gücündə partlayış baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Qeyd olunur ki, baş verən alışma kosmik teleskoplardan əldə olunan şəkillərdə aydın görünən güclü plazma atımı ilə müşayiət olunub. Eyni zamanda, partlayışın mərkəzi Günəşin kənarına doğru xeyli sürüşüb (Yer istiqamətinə bucaq 60 dərəcəni ötür) və plazmanın yan istiqamətdə hərəkət etdiyi açıq görünür. Buna görə də hadisənin Yer üçün neytral qalacağı ehtimalı yüksəkdir.
Laboratoriyada bildirilib ki, daha dəqiq nəticə gün ərzində aparılacaq riyazi modelləşdirmə əsasında verilə bilər. Hər bir halda, belə vəziyyətdə birbaşa zərbə ehtimalı istisna olunur və yalnız plazma buludunun kənarı ilə planetə toxunma mümkündür.











