Gürcüstan prezidenti amerikalı fəalın qətlinə reaksiya verdi

  • Müəllif: Şəbnəm
  • 11 Sentyabr 2025 15:00

Gürcüstan prezidenti Mixail Kavelaşvili amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlə yetirilməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

“Kirk “liberal faşizmin” növbəti qurbanıdır” 

Utah Valley Universitetində keçirilən tədbirdə boynundan güllə yarası alan və daha sonra xəstəxanada dünyasını dəyişən Çarli Kirkin ölümü prezident tərəfindən siyasi səbəblərlə izah olunub:

“Bu qətl açıq şəkildə onun mühafizəkar baxışları, psevdoliberal ideologiyanı tənqid etməsi və LGBT təbliğatına qarşı mübarizəsi ilə bağlıdır. Zorakılığa təhrik edənlərin hamısı bu faciədə məsuliyyət daşıyır”.

 

Gülxanım

Gununsesi.info