Gürcüstanda “Omikron” ştamına yoluxanların sayı 30-a yaxınlaşdı

“Gürcüstanda koronavirusun yeni ştamı sayılan “Omikron” ştamına daha 5 nəfər yoluxub”.

Gununsesi.info xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.

HTML tutorial

Onun sözlərinə görə, yeni yoluxma halları ilə birlikdə bu günədək ölkədə ümumilikdə sözügedən ştama 29 yoluxma halı qeydə alınıb:

“Yeni növ “Omikron”a qorxuducu ştam adını yalandan verməyiblər. Artıq bu ştam dünyanı narahat etməyə başlayıb. Hamımız bu vəziyyətlə və çox ciddi bir problemlə üz-üzə dayandığımızın fərqində olmalıyıq.

Panidemiyanın məğlub edilməsi əhalinin peyvəndlənməsindən keçir. Panidemiyanı sonlandırmaq üçün bütün əhalinin 70%-i peyvənd olunmalıdır. Üçüncü doza artıq vacibdir və insanların sağlamlığı üçün önəmlidir”, – deyə A. Qamkrelidze əlavə edib.

Baş epidemoiloq Gürcüstanda “omikron”a yoluxma faktlarının artacağını proqnozlaşdırıb.

Gununsesi.info