Həbs edilən məhkəmə sədrinin oğlu sərbəst buraxılıb

  • By admin
  • 18 Yanvar 2024 11:42

Tərtər Hərbi Məhkəməsinin  sədri İlqar Quliyevin dələduzluqda təqsirləndirilərək saxlanılan oğlu sərbəst buraxılıb.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələr bildirib.

Qeyd edək ki, məhkəmə sədrinin oğlu Məzahir Quliyevin çoxsaylı vətəndaşlara qarşı dələduzluq etməsi barədə şikayətlər olub.

Məsələ ilə bağlı Gununsesi.info İlqar Quliyevin özü ilə əlaqə saxlayıb.

Mən heç nə bilmirəm” deyən məhkəmə sədri telefonun dəstəyini asaraq danışmaqdan imtina edib.

Qeyd edək ki, bu barədə xəbər mediada yayılandan sonra Quliyevin əməllərindən şikayətçi olan bir neçə nəfər redaksiyamıza zəng edərək, onlara qarşı da dələduzluq edildiyini deyib.

Bunlardan biri Sumqayıt sakini Eldəniz Quliyevdir.  Vətəndaş iddia edir ki, Məzahir Quliyev 2021-ci ildə ondan 34 min ABŞ dolları alsa da geri qaytarmır: “Özü, atası hər dəfə vəd verir, amma heç bir nəticə yoxdur. Mən də şikayət etmişəm”. 

 Elmar

Gununsesi.info