Həmas atəşkəs şərtini açıqladı

  • By admin
  • 27 Dekabr 2023 09:27

HƏMAS Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan bildirib ki, İsraillə yeni məhbus mübadiləsinin vacib şərti Qəzzaya hücumların tamamilə dayandırılmasıdır.

Gununsesi.info xəbər verir ki, Həmdan Livanın paytaxtı Beyrutda HƏMAS-ın ofisində təşkil etdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları və atəşkəs ehtimalından danışıb.

O, son zamanlar əsir mübadiləsi danışıqları ilə bağlı təşəbbüslər və təkliflər haqqında çox danışıldığını bildirib.

Qəzza xalqının İsrailin daha çox qırğınlarla pozacağı “müvəqqəti atəşkəs” gözləmədiyini söyləyən Həmdan, “Əksinə, hücumların hərtərəfli dayandırılmasını gözləyirlər. Hələlik atəşkəs və işğalla bağlı yetkin bir təşəbbüs yoxdur. Ordu geriyə doğru hərəkət etmək üçün taktikanı dəyişməyə çalışır” deyib.

HƏMAS rəsmisi qeyd edib ki, oktyabrın 8-dən İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək təxminən 21 min dinc sakin ölüb, 54 min mülki şəxs isə yaralanıb.