2026-cı il sentyabrın 25-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, iclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.
Müsahibə zamanı namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib, biliklərini tətbiqetmə və özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəylərini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılıb.
Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.
Qaydalara əsasən, hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin SİYAHISI:
| № | Soyadı, adı, atasının adı |
| 1. | Abbaslı Vüqar Qurban oğlu |
| 2. | Abbasov Lətif Kazım oğlu |
| 3. | Abbasov Səbuhi Mehdi oğlu |
| 4. | Abbasova Fərəh Qulam qızı |
| 5. | Abdullayev Hörmət Uğurlu oğlu |
| 6. | Adıgözəlova Bəxtşən Aydın qızı |
| 7. | Allahverdiyev Fuad Zahir oğlu |
| 8. | Babayev Rəşad Mahir oğlu |
| 9. | Cəfərov Vüsal Suliddin oğlu |
| 10. | Əhmədli Səxavət Böyükağa oğlu |
| 11. | Əkbərova Aysel Seymur qızı |
| 12. | Əliyev Natiq Abbas oğlu |
| 13. | Əlizadə Əli İlqar oğlu |
| 14. | Əzizli Bəsdi İlham qızı |
| 15. | Həmidova Aynur Eldar qızı |
| 16. | Həsənzadə Səbuhi Mehdi oğlu |
| 17. | Həşim Rəşad Əlisahib oğlu |
| 18. | Hümbətov Elmir Sahib oğlu |
| 19. | Hümbətov Əli Surxay oğlu |
| 20. | İsa-zadə Elnur Nizami oğlu |
| 21. | İslamzadə Vüqar Səyyar oğlu |
| 22. | Kazımlı Araz Osman oğlu |
| 23. | Kazımova Şəhla Saleh qızı |
| 24. | Qurbanova Gülay Əjdər qızı |
| 25. | Məmmədov Fariz Rais oğlu |
| 26. | Məmmədov Rəsul Yasər oğlu |
| 27. | Məmmədova Aydan Adgözəl qızı |
| 28. | Məmmədova Nuranə Asif qızı |
| 29. | Məmmədova Rübabə Əşrəf qızı |
| 30. | Mikayılov Səbuhi Həsənpaşa oğlu |
| 31. | Mirzəyeva Şəlalə Namiq qızı |
| 32. | Muxtarov Mirtale Mirzamin oğlu |
| 33. | Nəcəfova Lamiə Amil qızı |
| 34. | Nəcəfova Taliyə Tofiq qızı |
| 35. | Nəsirli Nərmin Hüseyn qızı |
| 36. | Rzayev Əsvər Məhərrəm oğlu |
| 37. | Səfərova Ülkər Asim qızı |
| 38. | Süleymanova Leyla Abbas qızı |
| 39. | Tağıyeva Vəfa Hənifə qızı |
| 40. | Zərbiyeva-Babazadə Fatimə Qədir qızı |











