
Bu gün Səbail Rayon Məhkəməsində bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Azərbaycanın Misir-Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi Ramiz Vəliyevin barəsindəki həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Gununsesi.info xəbər verir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının bu barədə olan vəsatətini təmin edib.
Xatırladaq ki, Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.
Qeyd edək ki, iddialara görə, Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.