HƏMAS-ın girov saxladığı cütlük evləndi

HƏMAS-ın 7 oktyabr hücumu zamanı girov götürülən və sonradan azadlığa buraxılan Saşa Troufanov və Sapir Koen İsraildə ailə qurublar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi İsraildə keçirilib.

Qeyd edək ki, cütlük hücum zamanı Nir Oz yaşayış məntəqəsindən girov götürülmüşdü.

Sapir Koen 2023-cü ilin noyabrında əldə olunmuş girov mübadiləsi çərçivəsində azad edilib. Saşa Troufanov isə 498 gün girovluqda saxlanıldıqdan sonra son mübadilə nəticəsində azadlığa qovuşub.

Hücum zamanı Saşa Troufanovun atası Vitali Troufanov öldürülüb.

 

 

Günay

Gununsesi.info