HƏMAS və FƏTH nümayəndə heyətləri barışıq üçün Misirin paytaxtı Qahirədə görüşüblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
HƏMAS nümayəndə heyətinə terror təşkilatının yüksək vəzifəli rəsmisi, Qəzzadakı siyasi bürosunun rəis müavini Xəlil əl-Həyya və HƏMAS-ın ərəb ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri Hüssam Bədran rəhbərlik edir.
Qeyd edək ki, HƏMAS və FƏTH arasında uzun müddətdir narazılıq hökm sürürdü. HƏMAS 2007-ci ildə qələbədən sonra FƏTH-i Qəzzadan qovaraq bölgədə təkhamiyyətliyə sahib olmuşdu.
Tərəflər yalnız 2024-cü ilin iyulunda Pekində barışıq imzalamışdılar.