“Human Rights Watch” da Ermənistanı ittiham etdi - Qadağan edilmiş kasetli döyüş sursatlarından istifadə edilib

  • By admin
  • 30 Oktyabr 2020 17:29

 

Ermənistan silahlı qüvvələri Bərdə şəhərinə (oktyabrın 28-də, Bakıdan 230 km qərbdə) hücum zamanı qadağan edilmiş kasetli döyüş sursatlarından və ən az bir ədəd uzaq məsafəli raketdən istifadə edib. Nəticədə 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Human Rights Watch-un bəyanatında deyilir.

Kasetli döyüş sursatlarının qalıqlarının təhlili göstərib ki, bu, kasetli döyüş sursatı olan “Smerç” raketi və qəlpəli  raket idi.

Ermənistan SQ-nin “Smerç” raket qurğuları var, Dağlıq Qarabağ qüvvələrinin isə yoxdur.

Deməli, atəş Ermənistan SQ tərəfindən həyata keçirilib və ya bu döyüş sursatları Dağlıq Qarabağ qüvvələrinə göndərilib. “Ermənistan kasetli döyüş sursatlarından istifadəyə və ya onların Dağlıq Qarabağ qüvvələrinə göndərilməsinə dərhal son qoymalıdır”, deyə bəyanatda qeyd edilib.