İcra başçısı doğum günündə şəhidin evinə getdi

  • By admin
  • 26 İyul 2021 15:01

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ad günündə ailəsini ziyarət edib.

Kəlbəcər rayon İcra Hakimiyyətindən Gununsesi.info-ya verilən xəbərə görə, icra başçısı Azər Qocayevin, Kəlbəcər rayon Polis şöbəsinin rəisi Haxverdi Əkbərovun, RİH-in məsul əməkdaşlarının və şəhidin doğmalarının iştirakı ilə şəhid Əliyev Arif Ağalar oğlunun ad günündə məzarı ziyarət edilib. Şəhidimizin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunmuşdur.
Daha sonra şəhid Arif Əliyevin ailəsi ziyarət edilmişdir.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu şəhid olmuşdur.

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.info