İlham Əliyev amerikalı jurnalistin korrupsiya və insan haqları ilə bağlı sualını belə cavablandırdı - "DEDİKLƏRİNİZ AMERİKADA DA VAR"

  • By admin
  • 25 Oktyabr 2020 13:29

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” telekanalına geniş müsahibə verib.

Müsahibə zamanı jurnalist Azərbaycanda korrupsiya və insan haqlarının vəziyyəti ilə bağlı suallar ünvanlayıb.

Gununsesi.info həmin söhbəti təqdim edir:

Müxbir: “Cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?”

İlham Əliyev: “Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.”

Müxbir: “Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.”

İlham Əliyev: “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.”

Müxbir: “Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.”

İlham Əliyev: “Bilirəm. Mən hazırlıqlı adamam.”

 

 

Gununsesi.info