İlin sonunda yeni stansiyanın açılışı gözlənilir

  • By admin
  • 13 May 2022 11:26

Bu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.:

“Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir”, – H.Məmmədov bildirib.

Gununsesi.info