İnflyasiyanın iki səbəbi var, biri Putindir - Bayden

  • By admin
  • 20 Aprel 2022 10:05

ABŞ-da yüksək inflyasiyanın səbəbləri arasında Rusiya birinci səbəb deyil.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden danışıb.

Bayden ABŞ-dakı inflyasiyaya iki səbəb olduğunu qeyd edib:

“İndi bizdə qiymətlərin niyə bu qədər yüksək olduğunu aydınlaşdıraq. İki səbəb var: birincisi koronavirus idi. İnflyasiyanın ikinci böyük səbəbi Vladimir Putindir”.

ABŞ Prezidentinin sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyət bütün dünyada yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub:

“Ən son statistik rəqəmləri görəndə: keçən ay inflyasiyanın 70%-i Putinin bahalaşmasının nəticələri olub”.

Bayden qeyd edib ki, qiymətləri aşağı salmaq üçün əlindən gələni edir.

Gununsesi.info