İnstaqrama giriş əngəli davam etsə də, rəsmilər danışıqların davam etdiyini, lakin hələlik heç bir irəliləyiş olmadığını bildirib.
Səlahiyyətlilər “Siyahıdakı göstərişlərə əməl etsinlər və yarım saata açılacaq”- deyiblər.
Xatırladaq ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) İnstaqrama girişi “kataloq cinayətləri”ni pozduğuna görə bloklayıb. Qərarın üstündən 48 saat keçdikdən sonra bütün gözlər BTK-nın qərarla bağlı məhkəmə qərarı çıxarıb-çıxarmayacağına yönəlib. Lakin BTK-nın “kataloq cinayətləri” ilə bağlı bloklama qərarları üçün məhkəmə qərarı tələb olunmasa da, Instagram-ın edə biləcəyi yeganə işin qərarın icrasının dayandırılması üçün inzibati məhkəməyə müraciət etmək olduğu bildirilib.
Günel Həsənova
Gununsesi.info