İrəvanda mitinqdə erməniləri azərbaycanca “qorxutdular” - VİDEO

  • Müəllif: Firuzə
  • 03 İyun 2026 23:30

Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib.

Gununsesi.info  xəbər verir ki, bu haqda teleqram kanalları görüntülər paylaşıb.

Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycanca səsyazıları səsləndirib və toplaşanları azərbaycanlılarla ürkütməyə cəhd ediblər.

Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib.

Gununsesi.info