İrəvanda silahlı şəxslər polis bölməsinə hücum etdi - Yaralılar var+Yenilənib

İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər.

 

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Nor-Nork rayonundakı binanın yaxınlığında qumbara partladılıb.

 

Məlumata görə, partlayış nəticəsində yaralananlar var.

 

Bir sıra məlumatlara görə, fövqəladə vəziyyətə az qalmış “Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis idarəsi yaxınlığında toplaşaraq tərəfdarlarının azad edilməsini tələb ediblər.

 

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.

 

***

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.

 

Binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.