İran bu cinayətlə Azərbaycana gözdağı verir? -Versiyalar molla rejiminin üzərində

Fazil Mustafa İranın molla rejiminin sərt tənqidçilərindən biri olub. Baxmayaraq ki, onun deputat statusu vardı və bu tənqidləri bəlli siyasi çərçivədən də kənara çıxırdı. Sosial şəbəkələrdəki qeydlərində İranın molla rejimini dəfələrlə ələ salıb. Xatırlayıram ki, Fazil Mustafa bu mövqeyinə görə dəfələrlə təhqir olunub, “fake” profillərdən ölümlə də təhdid edilib . Ona görə də Fazil Mustafaya qarşı sui-qəsd cinayətinə ilk ağla gələn versiya İran oldu.

Ona qarşı bu silahlı qəsd təsadüf məqamda da seçilməyib. Diqqət edin, dünən Azərbaycanın İsraildə səfirliyi rəsmən fəaliyyətə başladı.

Bizim İsraildə səfirlik açmaq söhbətimiz gündəmə gələndə İranın hansı aqressiv reaksiyasını unutmamışıq. 44 günlük müharibə bizə dostumuzu- düşmənimizi tanıtdırdı. İsrail bu müharibədə Azərbaycanın qələbəsi üçün böyük rol oynadı. Ona görə də İsraildə səfirliyimizin açılmasına mane olan düyün dərhal açıldı.

Dünən həm də DTX, xarici kəşfiyyata işləyən dəstənin ifşası ilə bağlı məlumat yaydı.

Dünən xüsusi xidmət orqanlarında çalışanların peşə bayramı idi. Dünən xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfərə getmişdi. Bu gün Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılış mərasimi keçiriləcək.

Məhz bu tarixi günlərdə Fazil Mustafa evinin qarşısında güllələndi.

 

 

Pərviz Həşimli

Gununsesi.info