İran sanksiyaların ləğvini tələb etdi

  • Müəllif: Firuzə
  • 22 Fevral 2026 22:10

İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla potensial razılaşmaların bəzi Qərb sanksiyalarının ləğvini də əhatə edəcəyini güman edirik.

Gununsesi.info  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı CBS-də bildirib.

O, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) imzalanması barədə danışarkən qeyd edib:

“On il keçdi, yeni bir vəziyyət yarandı. Nüvə proqramımız o vaxtdan bəri texniki cəhətdən irəliləyib. Əlbəttə ki, İrana qarşı daha çox sanksiya tətbiq edilib, daha çox təzyiq göstərilir.

Beləliklə, düşünürəm ki, BHFP-dən, 2015-ci il nüvə sazişindən daha yaxşı bir razılaşma mümkündür. Əvvəlki razılaşmadan daha yaxşı ola biləcək komponentlər var”, – deyə o əlavə edib.

Gununsesi.info