İranda 5,1 bal gücündə zəlzələ

  • By admin
  • 16 Yanvar 2022 15:13

İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ vilayətin Sireç şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib.

Zəlzələ zamanı ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yoxdur.

 

Gununsesi.info