Vəkillər məhbusları COVİD-ə yoluxdurur? - ƏDLİYYƏ NAZİRLİYİ RƏSMİSİNƏ KOLLEGİYA SƏDRİNDƏN CAVAB

  • By admin
  • 16 Yanvar 2022 15:07
 Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib.
Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov Aynur Sabitovanın iddialarına cavab verib. O, nazirlik rəsmisinin iddialarını qəbul etmədiyini bildirib:
“Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm. Hətta belə hal olubsa belə, bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb. Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız da bu cür şayiələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağı xahiş edirəm. Vəkillərin əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər. Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyildir. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram”.
Nəcəf
Gununsesi.info