İraq neftə görə Türkiyəyə təzminat ödəməyə bilər

Parisdə yerləşən Beynəlxalq Ticarət Palatası Arbitraj Məhkəməsi (ICC) qarşısında neftin nəqli ilə bağlı Türkiyə ilə İraq arasında olan çəkişmədə İraqın beş iddiasından dördü rədd edilib. Türkiyənin tələblərinin əksəriyyəti qəbul edilib və İraqın Türkiyəyə təzminat ödəməsi ilə bağlı qərar verilib.

Bu barədə Gununsesi.info-Economic” Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Türkiyə ilə İraq arasında Beynəlxalq Arbitraj Məhkəməsinin qərarı ilə bağlı verdiyi bəyanatda, işin əslində İraq Mərkəzi Hökuməti ilə ölkənin konstitusiya vahidi olan İraq Kürd Regional Rəhbərliyi arasında davam edən qarşıdurmanın əksi olduğu qeyd edilib.

“İraqın arbitraj işini udduğu xəbərindən sonra Parisdə yerləşən ICC qarşısında ölkəmizlə İraq arasındakı çakişməsi barədə ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var idi”, – məlumatda qeyd olunur.

Vurğulanır ki, bir çox beynəlxalq enerji layihələrinin mühüm iştirakçısı olan Türkiyə hər zaman üzərinə düşən məsuliyyətlər çərçivəsində şüuru ilə hərəkət edib. Bölgədəki bütün qeyri-sabitliyə baxmayaraq, ölkəmiz 1973-cü ildən İraq-Türkiyə Neft Boru Kəməri Sisteminin işlək vəziyyətdə qalması üçün milyardlarla dollar xərcləyib və qlobal neft bazarlarında sabitliyin qorunmasına lazımi töhfəsini verib.

“Sözügedən münaqişənin sülh yolu ilə həlli üçün həm tərəflər, həm də müvafiq dövlətlərlə intensiv diplomatik tədbirlər görülüb. İşin hazırkı mərhələsində arbitraj məhkəməsi İraqın beş tələbindən dördünü rədd edib. Ölkəmizin tələblərinin əksəriyyətini qəbul edib və İraqa bu pozuntulara görə Türkiyəyə təzminat ödəməyi ilə bağlı hökm verilib. Türkiyə həmişə olduğu kimi beynəlxalq hüququn tələblərini yerinə yetirməyə və münaqişənin əsas tərəfləri arasında daimi həllinə hər cür töhfə verməyə hazırdır”, – nazirliyin bəyanatında bildirilir.

Öncə xarici mətbuatda məlumat yayılıb ki, Paris Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi Kürdüstandan neft ixracını mübahisələndirən Türkiyəyə qarşı iddiada İraqın lehinə qərar verib və bununla əlaqədar Ceyhan limanı vasitəsilə ixrac əməliyyatları dayandırılıb.

 

Gununsesi.info