İraq parlamenti onu prezident seçdi - VİDEO

  • By admin
  • 13 Oktyabr 2022 20:51

İraq parlamenti 78 yaşlı Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

O, ikinci turda rəqibi, İraqın hazırkı prezidenti Bərham Salehdən daha çox səslə qalib gəlib.

Rəşid 162, Salehi 88 nəfər dəstəkləyib. Səkkiz bülleten etibarsız sayılıb.

İraqın yeni prezidenti artıq and içib. Rəşid həmçinin Məhəmməd əl-Sudanini ölkənin baş naziri təyin edib və ona hökuməti qurmağı tapşırıb. Əl-Sudaninin baş nazir postuna namizədliyini “Koordinasiya Qüvvələr” şiə parlament alyansı təqdim edib.

Rəşid İraqın 10-cu prezidenti oldu. 2003-2011-ci illərdə Su Təsərrüfatı Naziri vəzifəsində çalışıb.

İraqda erkən parlament seçkiləri 2021-ci ilin oktyabrında keçirilib. Fevral və mart aylarında prezident seçmək cəhdləri kvorum olmadığı üçün üç dəfə uğursuzluqla nəticələnib.

İraq konstitusiyasına görə, prezident ölkənin kürd icmasını, baş nazir şiə müsəlmanları, parlament sədri isə sünni müsəlmanları təmsil etməlidir.

Gununsesi.info