Sumqayıtda sexdə yanğın BAŞ VERDİ

  • By admin
  • 13 Oktyabr 2022 20:41

Sumqayıtda sexdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Gununsesi.info