“Qarabağ” – “Olimpiakos” oyunu başladı

  • By admin
  • 13 Oktyabr 2022 21:04

Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla “Frayburq” başçılıq edir. “Qarabağ” 6 xalla ikinci, “Nant” 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan “Olimpiakos” sıfır xalla sonuncu pillədədir.

Gununsesi.info