İspan və Meksikalı qadınlar gender əsaslı zorakılıqdan müdafiə tələb edirlər

Madriddə qadın hüquqları uğrunda keçirilən yürüş ənənəvi olaraq minlərlə tərəfdar toplayır. 8 Mart Qadınlar Günü bütün dünyada qeyd olunur, lakin Avropada tez-tez qadın hüquqlarının standartı hesab edilən İspaniyada bu, xüsusi bir tarixdir. 2004-cü ildə ölkədə gender əsaslı zorakılıqla mübarizə tədbirləri haqqında qanun qəbul edilib. Bu il feminist hərəkat daxilindəki ideoloji parçalanmalar küçə yürüşünü bir neçə nümayişə bölüb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Gecə düşən kimi bir çoxu qadın hərəkatının bənövşəyi rənglərinə bürünmüş ispan qadın izdihamı İspaniya paytaxtının bulvarlarını bürümüşdü.

“Biz hələ də hamı kimi davranmağı tələb edirik. Axı biz əhalinin yarısıyıq, amma az qazanırıq, onlar isə bizi öldürürlər… Daha nə deyə bilərəm?” nümayişə gələn gömrük işçisi Miriam Guardia deyib.

Nümayişçilərdən biri Fernanda deyib: “Bu gün ilk dəfədir ki, yürüşdəyəm, “Mən buradayam, çünki hər gün küçəyə çıxmaqdan, işə və ya məktəbə gedəndə təzyiqlərə məruz qalmaqdan artıq yoruldum. Biz özümüzə hörmət tələb edirik. qadınlar! Sırf qadın olduğum üçün hər gün hücuma məruz qalmaqdan bezmişəm”.

Meksikada qadınlara qarşı zorakılıq hər yerdədir. Ölkədə hər gün 20-dən çox qadın ölür və zorakılıq hallarının yalnız 4%-i həbs cəzasına məhkum edilir.
Tərcümə: Adil
Gununsesi.info