İsrail daha 5 fələstinlini qətlə yetirdi

  • By admin
  • 06 Fevral 2023 19:18

İsrail ordusu işğal altındakı Qərbi Şəriədə 5 fələstinlini qətlə yetirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  ordudan verilən açıqlamada bölgədə başladılan basqın zamanı “Həmas” üzvləri ilə toqquşma yaşandığını vurğulanıb.

Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, İsrail ordusu tərəfindən edilən açıqlamada İsrail əsgərlərin köçkünlərin düşərgələrinə basqın etdikləri bildirilir.

Fələstin qaynaqları 5 fələstinlinin öldürüldüyünü açıqlayır. Öldürülənlərin hamısı gənclərdir.

Bununla da, 2023-cü ildə İsrail tərəfindən qətlə yetirilən fələstinlilərin sayı 41-ə yüksəldi. Hazırda bölgədə iki qrup arasında toqquşmalar yaşanır.

Fələstin tərəfi İsrailə aid bir PUA-anın vurulduğunu açıqlayır.

Bölgeden gelen görüntülerde İsrail güçleriyle Filistinli silah

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info