İsrail İran və Livanın Hizbullah təşkilatının hücum təhlükəsi fonunda ölkənin ali rəhbərliyi üçün yeraltı bunker hazırlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Walla məlumat yayıb.
Nəşrin jurnalisti Ben Kaspitin sözlərinə görə, bunker İsrail təhlükəsizlik xidməti tərəfindən hazırlanıb.
O, ictimailəşdirilir və bütün komanda və idarəetmə vasitələri ilə təchiz edilir, həmçinin uzun müddət qalmağa imkan verir.
Bundan əvvəl “The Times of Israel” nəşri yazıb ki, Ərəb Respublikasından hücumun qaçılmaz olacağı aydınlaşarsa, İsrail hakimiyyəti İrana qabaqlayıcı zərbə endirmək imkanını düşünür.
Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu avqustun 4-də ölkənin kəşfiyyat xidmətləri və silahlı qüvvələrinin rəhbərliyi ilə görüş keçirib və burada bu məsələ müzakirə olunub.
Şəbnəm
Gununsesi.info