İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyi ofisinin açılış mərasimi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

HTML tutorial

“Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür” – deyə, səfirlik qeyd edib.

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.