Kadırov: Bu maşını Kiyevə aparacağam – VİDEO

  • By admin
  • 20 Mart 2022 21:20

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrindən ələ keçirilən zirehli maşını ilə Kiyevə daxil olmaq planlarından danışıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Teleqramda video paylaşıb.

“Bu gün mən Ukraynada “millətçilərin” komandirlərindən müsadirə etdiyimiz əsir generalın zirehli maşınına mindim. Uca Allahın köməyi ilə onu tezliklə Kiyevə aparacağam! Gələcəkdə Rusiya hərbçilərinin ehtiyacları üçün bu zirehli maşınların istehsalı müəssisəsini milliləşdirməyi planlaşdırırıq”, – Kadırov bildirib.

O, Ukraynada döyüşən çeçen hərbçilər və könüllülər üçün zirehli texnikanın yeni partiyasını nümayiş etdirib:

“Ukraynada xüsusi əməliyyatda iştirak edən Çeçenistandan olan hərbçilər və könüllülər artıq ən yaxşı və ən müasir maddi-texniki təchizata malikdirlər. Fond tərəfindən xüsusi olaraq döyüşçülərimiz üçün alınmış müasir zirehli texnika partiyası var”.

Gununsesi.info