Kadırov hədələdi: Əmr var, biz dayanmayacağıq!

  • By admin
  • 04 Mart 2022 22:58

Hörmətli Ukrayna hərbçiləri və “millətçi alaylar”dan olan şeytanlar. Biz artıq buradayıq! Donbasda, Odessada dinc sakinləri öldürənlərin cəzalandırılması ilə bağlı Ali Baş Komandanımızın əmrini eşitmisiniz? Və biz bunu edəcəyik.

Gununsesi.info xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram səhifəsində qeyd edib.

“Bizdə bütün şeytanların və onların ailələrinin ünvanları var. Nasistlər bunu bilirlər. Ona görə də onlar çaqqallar kimi hərbçilərin – Ukrayna xalqına and içənlərin arxasında gizlənirlər. Uşaqlar, biz bilirik ki, onlar da faşistlər kimi sizi arxadan güllələyirlər, baraj dəstələri yaradıblar. Onlarla özünüz məşğul olun, ya da daha yaxşısı, onları bizə həvalə edin. Siz slavyan qardaşlarısınız! İstəyirik ki, analarınızın həmişə sevimli oğulları olasınız. Evə gedin. Tezliklə hər şey bitəcək və biz əvvəlki kimi dostluq şəraitində yaşayacağıq. Biz dayanmayacağıq. Bizim əmrimiz var, cihadımız var”, – Kadırov bildirib.

Gununsesi.info