Kadırov Moskvada Quranı yandıranı axtarır

  • By admin
  • 16 Aprel 2023 10:45

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın paytaxtı Moskvada Quranı yandıran təxribatçının axtarışını elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Kadırov bildirib ki, təxribatçının şəxsiyyəti müəyyənləşəcək və layiqli cəzasını alacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə məscidin tikilməsi planlaşdırılan Moskva ərazisində Quranın təhqir olunmasını əks etdirən video yayılıb.

Gununsesi.info