Kadırov qızına Çeçenistanın ən yüksək ordenini verdi

  • By admin
  • 28 Noyabr 2022 19:09

Çeçenistanın rəhbəri Ramzan Kadırov ikinci qızı, Qroznı meriyasının məktəbəqədər təhsil departamentinin rəisi Xadijat Kadırovanı Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xadji Kadırov adına ordenlə təltif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev “Telegram-kanal”ında məlumat verib.

O qeyd edib ki, Xadijat Kadırovanı səmimi qəlbdən təbrik edir.

“O, Çeçenistan Respublikasının ən yüksək mükafatı – Kadırov ordeni ilə təltif edildi!”, – deyə Dudayev bildirib.

Onun sözlərinə görə, Xadijat Kadırova qısa müddətdə özünü istedadlı idarəçi kimi göstərib və ona həvalə olunmuş qurumun fəaliyyətini yeni səviyyəyə qaldırıb.

Gununsesi.info