Xəbər verdiyimiz kimi Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Bakıda, yaşadığı evdə dünyasını dəyişən Dursun Həsənovun ölüm səbəbi məlum olub.
Gununsesi.info xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə mərhum ürəktutması nəticəsində vəfat edib.
Qeyd edək ki, bu gün saat 11:00-da Təzə Pir məscisində Dursun Həsənovla vida mərasimi olacaq.
Mərhum Bakıda dəfn olunacaq.
Məlumat üçün bildirək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.
Həmçinin Dursun Həsənov hazırda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun qardaşıdır.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
***
09:28
Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
Gununsesi.info xəbər verir ki, o, Bakıda, yaşadığı evdə dünyasını dəyişib.
Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. (Bakupost.az)
Allah rəhmət eləsin!












