Kürdəmirdə açıq ərazidə yanğın baş verib

  • Müəllif: Firuzə
  • 06 İyun 2026 15:52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info