Kürdəmirdə təcili yardım maşını qəzaya düşdü

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, təcili yardım maşını “VAZ”la toqquşub.
TƏBİB-dən bildirilib ki, 10.02.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kürdəmir rayonu üzrə təcili tibbi yardım briqadası çağırış ünvanına gedərkən qəzaya uğrayıb.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.