Kürdəmirdə yol qəzası

  • By admin
  • 21 Avqust 2022 19:58

Kürdəmirdə yol qəzası baş verib

Gununsesi.info xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomaşının həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info