
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun İsveçrədəki evi üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli yazıb.
Mənzilin google-dən görüntüsünü paylaşan jurnalist daha sonra yazır:
“Oğlu Asim Müslümlünün adınadır. Oğlu hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır. Ev Cenevrənin Ch. Jacques-Attenville 13E, 1218 Le Grand-Saconnex ünvanında yerləşir”.
Gununsesi.info