Leyen Ermənistanda səfərdədir

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistana səfər edib.

Gununsesi.info  xəbər verir ki, onu İrəvanda “Zvartnots” beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə Ursula fon der Leyen arasında görüş keçiriləcək. Görüşdən sonra Ermənistan Baş naziri və Avropa Komissiyasının prezidenti bəyanatlarla çıxış edəcək və media nümayəndələrinin suallarını cavablandıracaq.

Xatırladaq ki, Ursula fon der Leyen bundan əvvəl Azərbaycanda səfərdə olub.

Gununsesi.info