Məktəbli paltarına görə bircə kəlmə desələr… – Fazil Mustafadan valideynlərə çağırış

  • By admin
  • 06 Sentyabr 2022 14:11

“Məktəb paltarı üçün insanların növbələrdə bu qədər təlaşı məni təəccübləndirmədi. Təqribən pirdə, ziyarətgahda nəzir növbəsinə bənzər bir foto. Dəfələrlə deyirik, bu məmləkətdə hər kəs öz qafasındakını Quran adına oxuyur”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.

“Ay əziz, sevimli, gözəl, qayğıkeş ata-ana! Narahat olmayın, məktəbli paltarının qəşəngliyi, bahalığı barədə test suallarında heç bir məsələ olmayacaq. Özünüzü sıxıntıya salıb paltar almayın. Evdə hazırlaya bilirsiniz, qonşudan, qohumdan ala bilirsiniz, onlardan məktəbə uyğun uşağa paltar tədarük edin. Vəssalam.

Əgər hansısa direktor, hansısa sinif rəhbəri məhz məktəbli paltarına görə qəlbinizə dəyən bircə kəlmə söz desə, bir millət vəkili kimi bölgəsindən asılı olmayaraq şəxsimə müraciət edin. Dərhal hüququnuzu qoruyacağam. Konstitusiyanın 42-ci maddəsini də kiçik bir kağıza yazıb uşağa verin. Bu qədır bəsit. Məktəb bilik və tərbiyə almaq yeridir, diqqəti uşağın biliyinə və tərbiyəsinə yönəldin” – F.Mustafa vurğulayıb.

Gununsesi.info