Məlahət İbrahimqızı sosial şəbəkələrdə təhrif olunmuş çıxışına aydınlıq gətirdi

  • By admin
  • 16 Fevral 2022 14:51

Milli Məclisin deputatı Məlahət İbrahimqızının parlamentin sonuncu iclasında vitse-spiker Fəzail İbrahimli ilə bağlı çıxışı sosial şəbəkələrdə təhrif olunmuş formada təqdim edilib.
Deputat Gununsesi.info-ya açıqlamasında fikirlərini təhrif edənlərə cavab verib.

Həmin açıqlamanı təqdim edirik:

Əlbəttə mən Yeni Azərbaycan Partiyasını təmsil edirəm. YAP Nəsimi rayon təşkilatının 16 il sədri, 20 ildən artıq YAP Siyasi Şurasının üzvü olmuşam, hazırda Təftiş Komisiyasının üzvüyəm. Sözsüz ki bu yeni xəbər deyil. Parlamentdə siyasi partiyaları təmsil edən bütün deputatlar mənsub olduqları Partiyanın etimadı ilə parlament seçkilərində iştirak edir və Milli Məclisdə də öz partiyasını təmsil edir. Üzvü olduğum Partiyada da, onun rəhbər orqanı və Sədrinin qərarı etmadı ilə irəli sürülən namizədlər parlament seçkilərində iştirak edə bilir. Həm Ulu Öndərimiz, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin rəhbərliyi dövrdə, həm də hazırda Partiyamızın sədri, Xalqımızın alternativsiz Lideri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi YAP tərəfindən irəli sürülən namizədlərə onların etimadı ilə seçkidə iştirak ediblər. Yəni bu normal bir haldır və dünya təcrübəsi də belədir.
Eləcə də mən… Bu istənilən siyasi partiya üçün də belədir. Yeni Azərbaycan Partiyası ümumxalq Partiyasıdır, Qafqazın ən böyük lider partiyasıdır. Bu mənada xalq da öz inandığı Lideri tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.
Çox təəssüf ki,parlamentdəki çıxışımı da başqa səmtə yönəldənlərin əksəriyyətinin məqsədi də sağlam niyyətli deyil.

Gununsesi.info