Nazir miqrantlarla bağlı Qərbi İTTİHAM ETDİ

  • By admin
  • 16 Fevral 2022 14:55

Belarus xarici işlər naziri Vladimir Makei miqrantlarla bağlı jurnalistlərə açıqlama verib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Vladimir Makei mətbuat konfransında ümumi miqrant sayının 700 olduğunu deyib.

Nazir Qərbi miqrantların taleyilə maraqlanmamaqda ittiham edib:

“200-dən çoxu uşaq olmaqla 700 miqrant hələ də Belarusun sərhədində qalmaqda davam edir. Qərb isə onlarla maraqlanmır”.

Xatırladaq ki, Belarusun Latviya, Litva və Polşa ilə sərhədində miqrasiya böhranı 2021-ci il noyabrın 8-də kəskinləşib. Bir neçə min insan, o cümlədən Yaxın Şərq və Afrikadan olan miqrantlar Polşa sərhədinə yaxınlaşaraq tikanlı məftilli hasarı qıraraq Polşa ərazisinə daxil olmağa cəhd ediblər. Belarus rəhbərliyinin məlumatına görə, sərhəd zonasında qalanlar istisna olmaqla, Belarus Yaxın Şərqdən 2-3 min qaçqını qeydə alıb. Miqrantların bir qismi təxliyyə uçuşları ilə vətənlərinə qayıdıb.

Gununsesi.info