Makronun 127 min avro kredit borcu var -Evi arvadının adınadır, maşını da yoxdur

“İndi bankda işlədiyim vaxtdan daha az alıram”.

Gununsesi.info  xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Papotin” jurnalına müsahibəsində deyib.

Makron bunu jurnalistin “Çox pulunuz var?” sualını cavablandırarkən deyib.

Əslində, Fransa liderinin gəlirləri heç kimə sirr deyil. Yeni il öncəsi Yelisey sarayının mətbuat xidməti Makronun vergi bəyannaməsini yayıb. Sənədə əsasən, 2017-ci ildən onun gəliri 1 milyon avrodan bir qədər çox olub. Prezidentin şəxsi avtomobili və daşınmaz əmlakı yoxdur, ev isə həyat yoldaşına məxsusdur. Bundan başqa, Makronun 127 min avro kredit borcu var.

Müsahibəsində Makron onu da etiraf edib ki, dostların çox olanda prezidentlik ən yaxşı iş deyil.

“Le Papotin” jurnalı 1990-cı ildə autizmli insanlar tərəfindən yaradılıb. O vaxtdan bir çox məşhurlar, o cümlədən Fransanın keçmiş rəhbərləri Jak Şirak və Nikola Sarkozi, Fransa kinosunun ulduzu Vensan Kassel də redaksiyaya qonaq olublar. Adətən jurnalın əməkdaşları qonaqlara peşəkar jurnalistlərin soruşmağa cəsarət etmədiyi sualları ünvanlayırlar.

Azpost.info