İranda etirazlar: Müxalifətdə önə çıxan adlar kimlərdir?

  • By admin
  • 09 Yanvar 2023 17:29

Bir insan haqları mdüafiəçisi, bir futbol əfsanəsi, bir şahzadə. Kədərli bir ər, feminist bir haqq müdafiəçisi və bir Hollivud ulduzu. Çox fərqli arxa planlardan gələn bu adamlar İranın içində və çölündə yaşayan bir çox iranlının ümidlərini və xəyallarını daşıyır.

İranda etirazçılar bu müxalif isimlərdən, din adamlarının iqtidardan uzaqlaşdırılacağı bir koalisiya qurmaqlarını və birləşmələrini istəyirlər.

Məhza Əmininin 2022-ci ilin sentyabr ayında polis nəzarətində ölümündən bəri ölkədə sular durulmuş deyil.

Etirazlar zamanı, ən azı 500 adam ölüb, 20.000 insan isə həbs edilib.

 

Gununsesi.info xarici mətbuata istinadən İran etirazlarını və siyasi müxalifətdə güc tarazlıqlarının konturlarını cızan yazını sizə təqdim edir.

Çoxsaylı istək və tələbə baxmayaraq, İran müxalifəti birləşməyib. Bəzi siyasi mütəxəssislər, birləşmiş müxalif qurumun olmamasını bu an üçün bir güc olaraq görürlər.

Londonda yaşayan və bir siyyasi aktivist olan Məhəmməd Bərzanceh “Bu, mərkəzi olmayan bir hərəkət olduğu üçün İran rejimi lideri öldürərək və ya həbs edərək bu hərəkatı yatırda bilməz”.

“Ancaq müxalif hərəkat irəlilədikcə, strategiyasını təsvir etmək üçün siyasi bir liderliyə ehtiyac duyacaq: Sloqanları isə bir şeyə qarşı olmaqdansa, nəyisə təmsil etmək gərəkli olacaq”.

İndiyədək dilə gətirilən tək müsbət etiraz sloqanı “Azadlıq, qadın və yaşam”dır.

İrandakı dini yönəldicilərə meydan oxuyan son müxalifət lideri 2009-cu ilə seçkilərində Prezidentliyə namizəd olan Hüseyn Musəvi idi. Musəvi həmin zamandan bəri ev həbsindədir. Artıq yaşı olduqca artdı.

“Yaşıl Hərəkat” Prezident Mahmud Əhmədi Necatın seiçlməsinin saxta olduğunu düşünən milyonlarla adamın küçələrə axışmasından doğmuşdu.
İllər boyunca sistemi tənqid edən yenilikçi adların çoxu həbsə atıldı, ya da göz önündə çəkilmək məcburiyyətində qaldı.
Bir çoxları daverdiyi sözləri tutmadıqları və sürüklənən bir iqtisadiyyatdan xəyal qırıqlığına uğramış, gənc əhali kəsimi nəzdində etibarlarını itirmişdi.
Öndə gələn siyasi dustaqlar Nərgiz Məhəmmədi, Nəsrin Sotoudehin küçədəki etirazçılardan dəstək olmaq şansları var, ancaq liderlik rolu üçün yetərli dəstəyi toplamaya bilərlər.

Yuxarıda adları yazılan hər iki şəx dünya çapında bir tanınmışlıq qazandı.

Nərgiz Məhəmmədi ölüm cəzasına qarşı çıxdığı üçün cəzalandırıldı. İnsan haqları vəkilləri olan Nəsrin Sotoudeh də məcburi baş örtüyünə qarşı yanaşması ilə tanınır.

O, cəza evində təknəfərlik hücrədə tutuldu. Sonra da vəkillik etməsi və ya ölkəyi tərk etməsi qadağan edildiş

Bir çox adam onları ölkə xaricində yaşayan tənqidçilər olaraq siyasi fiqurları şiddət tərəfdarı bir rejimə qarşı müxadiləyə səsləyərək həyatlarını riskə atmağa təşviq etməklə ittiham edir.

Ölkə çölündəki müxalif adamlar öncə ölkə içindəki vətəndaşların küələrə tökülməsi çağırışını etməkdən uzaq durdular. Ancaq bunlar yaşandıqda isə, bu əməlləri öyən açıqlamalar səsləndirdilər.

Hazırda etirazların dalğası ölkə boyunca yayılmsa da, 2009-cu ildəki kimi milyonlarla insan küçələrə axışmış deyil. Bərzanceh “Gerçəkdən, bir fərq yaratmaq üçün küçə etirazlarının vurucu bir kütləyə çatması gərəkdir”, deyir.

Ölkə çölündəki sürgündəki adamlar

Rza Pəhləvi İranın müxalifət cəbhəsində devrimdən öncə eşidilən həsrəti təmsil edən bir xarakter.

2018-ci ildə etirazlarda bəzi gənc nümayişçilərin onun adını bağırması və İrana dönməsi üçün çağırış etməsi ilə adı yenidən gündəmə gəldi.

Ancaq Rza Pəhləvi daha aktiv bir rola məsul olmaqla bağlı istəksizliyi və özünün namizəd olmayacağı bir cümhuriyyəti seçməsi dəstəkçilərinin çoxunu xəyal qırıqlığına uğratdı.

Milli Dirəniş Şurasından (MDŞ) söhbət getdikdə İranın olası Prezidenti uzun zaman öncə seçildi. Məryəm Rəcavi Milli Dirəniş Şurasının intizamlı və təsirli dəstəkəçilərinin mərkəzində olduğu bir təşkilatı yönəldir.

Müxalifləri tərəfindən bir “təriqət” olmaqla qınanırlar. Fəqət öndə gələn Qərb siyasətçiləri öz haqlarındandan danışdıracaq qədər büdcəyə sahibdirlər.

Milli Dirəniş Şurası İranda yer altında casusların olmasında israr edir. Ancaq bir çox adam təşkilatın 1980-ci illərdə İranla savaş zamanı İraqa sığınmasına etirazla yanaşır.

Yaxın zamanlaradək MDŞ Amerika Dövlət Departamentinin terror təşkilatları siyahısında yer alırdı.

Daha az qarışıq hekayəsi olan və potensial müxalifət lideri isə 2004-cü ildə ilin futbolçusu seçilən Əli Kərimi.

Etirazlara verdiyi dəqiq dəatəklə bir qisim xalq kütləsinin qəlbini qazanan və tanınmış birisi.

Kərimi Dubayda yaşayır və əsasən, İnstaqram səhifəsi və Tvitter hesabı üzərindən İran müxalifəti ilə əlaqə qurur.

Dəstəkçilərinin çoxusu onun bir liderli rolunu üzərinə götürmək istədiiyni görmək istəsələr də geniş bir hərəkətə liderlik emtək üçün gərəkli xarizma və siyasi mütəxəssisliyə sahib olmadığına inananlar var.

Bundan sonrası necə ola bilər?

2022-ci ilin son günüdə görülməmiş bir şəkildə sürgündəki bütün müxalif adlar yeni ili eyni mesajla təbrik etdi.

Açıqlamada “2022-ci iliİran vətəndaşlarının həmrəyliyini göstərdi. 2023-cü il zəfərin, sərbəstliyin və ədalətin ili olacaq”, deyildi.

İranın içindəki müxalif qruplar eyni açıqlamanı paylaşmadılar. Bunu istəmədiklərindənmi, yoxsa siyasi basqılardanmı dolayı, bilinmir?!

Bu, ölkə içindəki siyasi atmosferi “ölçməyin üçün necə də çətin olmasının işarəsidir.

Xalqı küçəyə çıxmağa çağıran tək təşkilat kürd siyasi qruplardır.

Məhza Əmininin kürd olması səbəbi ilə, bu çaşdırıcı deyil. İranda etiraz atəşini milli azlıqlar diri tutur

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info